Afrin əməliyyatının son tarixi bilindi

Binəli Yıldırım: "Afrində anti-terror əməliyyatları 4 həftə davam edəcək"
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Türkiyənin Suriyanın Afrin şəhərində kürd terrorçulara qarşı başladığı "Zeytun budağı" hərbi əməliyyatı 4 həftə davam edəcək.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Terrorçuları dəstəkləyən istənilən qüvvənin əməliyyat hədəfinə çevriləcəyini bildirən baş nazir əlavə edib:

"Afrində ümumilikdə 8-10 minə yaxın terrorçu var… Biz əməliyyat zamanı 30 km məsafədə təhlükəsiz zona yaradacağıq".

Yıldırım, həmçinin qeyd edib ki, bu hərbi əməliyyat Soçi və Astana (Suriya nizamlanması üzrə) proseslərinə təsir etməyəcək.