ABŞ terrorçuları Türkiyə sərhədinə yerləşdirir

Ərazidə 10 müşahidə məntəqəsi yaradılıb
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatları Suriya-Türkiyə sərhədindəki Tel Ebyad bölgəsinə PYD/PKK terrorçularını yerləşdirib. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən xəbər verir. 

Məlumata görə, ABŞ ordusunun zirehli maşın və hərbi dəstələri Tel Ebyad rayonuna gəlib.

İki gün ərzidndə 10 maşınla ərazidən keçən amerikalı əsgərlər Suriya-Türkiyə sərhədində kəşfiyyat aparıb. Sonra ABŞ ordusu Türkiyənin sərhəd qapısı qarşısındakı Tel Ebyad qapısının şərq və qərbində terror təşkilatının regionda yerləşməsinə yardım edib, Aynularab rayonunun cənubunda yerləşən Eyn İsadan mindən çox PYD/PKK-lı döyüşçü Tel Ebyada gətirilib.

Ərazidə 10 müşahidə məntəqəsi yaradılıb.