Türkiyə ABŞ qarşısında tələb qoydu: "Dayandırın"

"Ağ Ev rəhbərliyi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə verilən dəstəyi sona çatdırmalıdır"
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Müşaviri general Mak Master ilə telefonda danışıb. Sputnik AzərbaycanEn Son Haber”ə istinadən xəbər verir ki, telefon danışığı olduqca sərt üslubda keçib. İbrahim Kalın amerikalı generala yüksək səslə "Terror təşkilatı YPG-yə yardımı dayandırın” — deyib.

“Ağ Ev rəhbərliyi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə verilən dəstəyi sona çatdırmalıdır. Sadəcə etibarlı siyasi keçid yolu Suriyanın qonşularına təhdid təşkil etməyəcək şəkildə regionun sülh və təhlükəsizliyinə töhfə verə bilər. İraqın da ərazi bütövlüyü, rifahı və sabitliyi region üçün vacibdir. Fətullahçı Terror Təşkilatının ABŞ-dakı fəaliyyətinə göz yumulması da Türkiyənin narahatlığını artırır” – Kalın vurğulayıb.