CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan sərhədində külli miqdarda valyuta tutuldu - VİDEO

Ümumilikdə 29 milyon 980 min Rus rublu (528 min 191 dollar) aşkar edilib
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Azərbaycandan keçməklə İrandan Rusiyaya külli miqdarda valyuta aparan şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İrandan gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya "Gül kələmi" yükü aparan Rusiya vətəndaşı Karanayev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12" markalı "E-900-XX-05/AH-264639" dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu (528 min 191 dollar) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.