Polisə hücum edən qaçqınları atəşlə dayandırdılar

Bir qrup miqrant yük maşınına doluşmaq istəyərkən polis onlara mane olub
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Belçikanın paytaxtı Brüsseldə polislə miqrantlar arasında qarşıdurma yaşanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bir qrup miqrant yük maşınına doluşmaq istəyərkən polis onlara mane olub. Buna qəzəblənən 40-a yaxın mühacir polis patruluna hücum edib.

Onlar arasında toqquşma baş verib. Polis havaya atəş açaraq iğtişaşın qarşısını almağa çalışıb. Hadisə zamanı iki polis yüngül xəsarətlər alıb.