MƏDƏNİYYƏT

"Əsas instinkt"də çəkilmiş aktrisa vəfat etdi

Aktrisa sonuncu rolunu məşhur "Əsas instinkt" filmində ifa edib
Sputnik

BAKI, 20 yanvar — Sputnik. ABŞ-da 93 yaşında Oskar mükafatı laureatı Doroti Meloun vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, aktrisanın qızı xəbər verib.

Meloun 1957-ci ildə "Küləklə yazılmış sözlər" filmindəki roluna görə Oskar mükafatına layiq görülüb. Lakin ona daha çox məşhurluq gətirən "Peyton Pleys" filmindəki Konstans Makkenzi rolu olub. 

Doroti Meloun sonuncu rolunu məşhur "Əsas instinkt" filmində ifa edib. Həmin filmdə Şeron Stoun və Maykl Duqlas da çəkiliblər.