Türkiyə prezidenti: "Afrində əməliyyat başlayıb"

Türkiyə prezidenti əlavə edib ki, Suriyanın şimalı terror şəbəkələrindən təmizlənənə qədər hərbi əməliyyatlar davam edəcək
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Afrindəki PYD terrorçularına qarşı hərbi əməliyyat artıq başlayıb. 

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Partiyasının qrup toplantısında danışan prezident Afrindən sonra Menbiç şəhərinin də PYD-li terrorçulardan təmizlənəcəyini bildirib. 

"Biz onlara dəfələrlə Afrin və Menbiçdən çıxmalı olduqlarını xatırlatdıq. Onları himayə edən Amerika bizə söz verdi, amma sözünün üstündə durmadı. Biz də məcbur öz göbəyimizi özümüz kəsməyə qərar verdik" — Ərdoğan qeyd edib. 

Türkiyə prezidenti əlavə edib ki, Suriyanın şimalı terror şəbəkələrindən təmizlənənə qədər hərbi əməliyyatlar davam edəcək.