Afrində vurulan hədəflərin sayı açıqlandı

Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələri əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.  

APA-nın xəbərinə görə, bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir.

“Saat 19.30-a olan məlumata görə, PYD-yə məxsus 113 hədəfdən 108-i məhv edilib. Ölən və yaralananların hamısı terror təşkilatların üzvüdür”, — deyə məlumatda bildirilir.  

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.