HADİSƏ

Ehtiyatsızlıq Yevlax sakininin ölümünə səbəb oldu

Yevlaxda 32 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Yevlax sakinini elektrik cərəyanı vurub.

"Report" xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində baş verib.

1986-cı il təvəllüdlü kənd sakini Elton Bəhram oğlu Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb. Hadisəyə elektrik naqili ilə ehtiyatsız davranma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.