Qorxmaz İbrahimli: “Fövqəladə vəziyyət elan olunmasından xalqın xəbəri yox idi”
20 Yanvar faciəsindən 28 il ötür.
Aydınlar Partiyası sədrinin birinci müavini, 1990-cı illərdə Azərbaycan Xalq Hərəkatının fəallarından olmuş Qorxmaz İbrahimli Sputnik Azərbaycan-a deyir ki, 20 yanvar günü Azərbaycan xalqı qəhrəmanlıq səlnaməsi yaratdı:
“Mixail Qorbaçovun cəhdləri ilə ölkədə fövqəladə vəziyyət elan olunmuşdu, ancaq xalqın bundan xəbəri yox idi. Bakıya silahlı müdaxilə insan haqlarının, konstitusiyanın pozulması idi”.