RUSİYA

Rəsmi Ankara: Əməliyyata başlamaqdan başqa çarəmiz yoxdur, ruslar geri çəkiləcək

Türkiyəli nazir: "Suriyanın şimalındakı bütün terror təşkilatları yox ediləcək"
Sputnik

BAKI, 19 yanvar — Sputnik. "Ordumuz Afrinə hərbi əməliyyat başladacaq. Başqa çarə yoxdur".

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli açıqlama verib. Nazir Suriyanın şimalında terror yuvalarını tamamilə yox edəcəklərini bildirib.

Türkiyə böyük əməliyyat ərəfəsində: Tanklar sərhədə daşınır - FOTO

"Terror şəbəkələri arasındakı əlaqələrin kəsilməsi üçün hazırda lazımi şərtləri formalaşdırırıq. Ən uyğun zamanda əməliyyat başlayacaq. Suriyanın şimalındakı bütün terror təşkilatları yox ediləcək. Əməliyyatdan öncə Rusiya öz əsgərlərini Afrindən çəkəcək" — Canikli bildirib.

O, Suriyanın "Türk hərbi təyyarələrini vuracağıq" açıqlamasına da münasibət açıqlayıb: "Rusiyanın Bəşşar Əsəd rejiminə dəstəyi hamıya məlumdur. Ona görə rejimin dediklərini təkbaşına həyata keçirmək imkanları məhduddur. Bunu təkcə onların öz fikri kimi qəbul etməmək lazımdır. Bunlar masada müzakirə olunmalı məsələlərdir".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG-yə qarşı hərbi əməliyyat keçirməyə hazırlaşır.