CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı zooparkında yeniliklər var

Bakı zooparkı bəzi heyvanları vəhşi təbiətə buraxmağa hazırdır
Sputnik

BAKI, 19 yanvar — Sputnik. Bakı zooparkı üç qonur Qafqaz ayısını hədiyyə etməyə hazırdır. Bu barədə Sputnik Azərbaycan-a Bakı Zoologiya Parkının direktoru Azər Hüseynov bildirib.

Hazırda zooparkda 6 ayı var — iki erkək, 4 dişi. Hüseynovun sözlərinə görə, o, heyvanların yarısını digər zooparka verməyə hazırdır. Bir şərtlə ki, onların nəqli xərclərini qəbul edən tərəf ödəsin.

Bakı zooparkının direktoru quş qripi məsələsinə aydınlıq gətirib

Bununla yanaşı, Bakı zooparkı 2018-ci ildə bir sıra maral və oxlu kirpiləri "Azər Ekov" ASC-yə köçürməyi planlaşdırır. Heyvanlar reabilitasiya kursu keçəndən sonra vəhşi təbiətə buraxılacaq.

"Bu heyvanlar çox yaxşı artırlar. Proses mərhələli şəkildə olmalıdır" — deyə zooparkın direktoru bildirib.

Sözügedən təcrübə artıq mövcuddur. Hələ 2016-cı ildə zoopark bir neçə ayı, canavar və porsuğu təbiətə buraxıb.

Bununla yanaşı, Bakı zooparkının Beynəlxalq Avro-Asiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvü kimi xarici zooparklardakı həmkarları ilə müqaviləsi var.

"Bizim özbəkistanlı həmkarlarımızla müqaviləmiz var. Bakı zooparkında bir neçə tənha heyvan var ki, onlara yoldaş axtarırıq. Daşkənd zooparkından Bakıya dişi lama, erkək vəhşi qoyun, yapalaq, qarğa, pelikan, qu quşu, oxlu kirpi, sultan toyuğu və bir qonur ayı gətirilib" — deyə Hüseynov bildirib.

2017-ci ilin oktyabrında isə Moskvadan Dağıstan turları, qulaqlı qırqovul və kral qırqovulu, piton gətirilib.