CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış azərbaycanlı jurnalist vəfat edib

Oleq Məmmədov Rusiyada Azərbaycan diasporunun inkişafına böyük töhfə verib
Sputnik

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın tanınmış jurnalisti Oleq Məmmədov uzun sürən xəstəlikdən sonra 69 yaşında Moskvada vəfat edib.

Jurnalist Oleq Məmmədov

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, o, ötən əsrin 80-ci illərində məşhur sovet nəşri olan "Sobesednik" qəzetinin yaradıcısı və rəhbəridir.

O.Məmmədov həmçinin Rusiyada Azərbaycan diasporunun inkişafına böyük töhfə verib.

Jurnalistlə vida mərasimi yanvarın 21-də Moskvanın Perepeçinskaya qəbiristanlığında keçiriləcək.