CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə 56 yaşlı qadın özünü qəbiristanlıqda niyə asıb?

Gülşad İsgəndərova şok vəziyyətində reanimasiyaya yerləşdirilib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Şəkidə dəhşətli olay baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayon sakini Gülşad Ələkbər qızı İsgəndərova intihara cəhd edib.

O, qəbiristanlığa gedərək, özünü valideyninin qəbrinin yanındakı dirəkdən asıb. Qadını son anda Şəki rayon Polis Şöbəsinin əməkdaşları xilas edib.

Gülşad İsgəndərova travmatik şok vəziyyətində Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə, qadının banka xeyli borcu olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.