VİDEO

Masallı sakinindən maraqlı ixtira

Masallı rayonunun Xanalion kənd sakini Cabbarov Əkrəm maraqlı üsula əl atıb. Belə ki, Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olan Əkrəm həm öz uşaqlarını, həm də ətrafda yaşayan uşaqları məktəbə aparıb-gətirmək üçün “velofayton” yaradıb.
Sputnik

Əkrəm Cabbarov deyir ki, toy karvanında da bəylə gəlini aparmaq üçün bu velofaytondan istifadə edəcək və artıq yayda baş tutacaq iki toy üçün sifariş var.