TƏHLİL

Gündüz: “İkinci telekommunikasiya peykinin olması zəruridir”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, peyk bazarındakı rəqabət xidmətin dayanıqlılığının artırılmasını tələb edir
Sputnik

Osman Gündüz: “İkinci peyk resurslardan səmərəli istifadə üçün imkan yaradacaq”
Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin 2018-ci ilin aprel ayında Fransanın “Ariane-5” raketi ilə Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılması nəzərdə tutulur. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a deyir ki, peyk bazarında kifayət qədər güclü rəqabət var: 

“Bu da dayanıqlı xidməti tələb edir. Azərbaycanın hələ 1 dənə telekommunikasiya peyki var və bu, dayanıqlı xidmət üçün risk yaradır. Ona görə də ikinci telekommunikasiya peykinin olması zərurətdən irəli gəlir”.