Avropanın mədəniyyət beşiyində qiyam başladı

Maraqlısı odur ki, eyni həbsxanada 3 gün əvvəl də problem yaşanmışdı
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Fransanın paytaxtı Parisin cənubundakı "Fleury-Merogis" həbsxanasında üsyan olub. Həbsxanada saxlanılan 120 məhbus kameralara qayıtmaqdan imtina edib. Sputnik xəbər verir ki, bu səbəblə polis əməliyyata başlayıb.

Həbsxana rəhbərliyi hər hansı ciddi hadisə yaşanmadığını, sadəcə olaraq məhbusların konkret olaraq nə tələb etdiyini bilmədiklərini söyləyib.

Maraqlısı odur ki, eyni həbsxanada 3 gün əvvəl də problem yaşanmışdı. Gözətçilər məhbusların onlarla pis rəftar etdiyini, işçi çatışmazlığını səbəb gətirərək aksiya keçirmişdi.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmişdi.