MƏDƏNİYYƏT

Tanınmış aktyor evini satışa çıxardı

Mənzil 17,75 milyon dollara satılır
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Dünyaca məşhur amerikalı aktyor, Hollivud ulduzu Bryus Uillis Nyu-Yorkdakı mənzilini satmağa qərar verib. Sputnik Azərbaycan bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Bryus Uillis və Emma Heminq

62 yaşlı aktyor və 39 yaşlı xanımı Emma Heminq bu mənzili Amerika Milli Basketbol Assosiasiyasındakı (NBA) "Miluoki Baks" klubunun rəhbəri Vesli Edensdən 17 milyon dollara almışdılar.

Nyu-Yorkun "Aşağı Qərb" prospektindəki çoxmərtəbəli yaşayış binasında yerləşən dupleks mənzil 17,75 milyon dollara satışa çıxarılıb. 4 yataq otağından ibarət, 560 m2 sahəsi olan ev iki mənzilin biriləşdirilməsi nəticəsində yaradılıb.