Bakıya gələn ərəblər quşlarına da təyyarə bileti alıb

Dohadan Bakıya gələn turistlər vəhşi quşlara bilet alıblar
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Qətər dövlətinin paytaxtı Dohadan Bakıya gələn ərəblər vəhşi quşlara bilet alıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda jurnalist Şakir Eminbəyli öz "Facebook" hesabında məlumat paylaşıb.

Jurnalist ərəb turistlərin üç şahin quşu üçün təyyarənin göyərtəsində yer almasına dair fotoları paylaşaraq yazıb: "Bu gün Qətərdən Azərbaycana gələn adi sərnişinlər bu vəziyyətə heç təəccüblənmirlər".