CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda banka basqın edildi

Əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib
Sputnik

BAKI, 18 yanvar — Sputnik. "Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

Sputnik AzərbaycanReport”a istinadən xəbər verir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.