HADİSƏ

Bakıda qız üstündə mübahisə bıçaqlanma ilə nəticələndi

21 yaşlı Z.Əliyev tanımadığı bir şəxslə qız üstündə mübahisə edib və bıçaq xəsarətləri alıb
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Bakının Nəsimi rayonunda 21 yaşlı oğlan bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə metronun "Əcəmi" stansiyasının yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Əliyev Ziyadxan İbrahim oğlu bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyat olunan gəncin vəziyyəti ağır olaraq qalır.

Məlumata görə, 21 yaşlı Z.Əliyev tanımadığı bir şəxslə qız üstündə mübahisə edib və bıçaq xəsarətləri alıb.

Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.