VİDEO

Avtomobil bazarındakı son durum ürəkaçan deyil

Avtomobil bazarında real vəziyyətin necə dəyişdiyi barədə "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində ekspert Ramil Osmanlı danışdı.
Sputnik

2018-ci ilin 1 yanvarından mühərrikin həcmi 1500 kubmetr olan yeni avtomobillərə hər kubmetrinə görə 0, 7 ABŞ dolları gömrük rüsumu tətbiq olunmağa başlayıb. İstifadə edilmiş avtomobillər üçünsə, 1,2 dollar rüsum tutulur.Mühərrikin həcmi 1500 kubmetrdən yuxarı olan yeni və işlənmiş avtomobillərin gömrük rüsumu isə əvvəlki səviyyədə saxlanılıb — 0,4 və 0,7 dollar.

Bu yeniliklərin tətbiqindən sonra avtomobil bazarında real vəziyyətin necə dəyişdiyi barədə "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Daşınmaz Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı danışıb.