SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vaşinqton "kürd planı"nda geri çəkildi

Tillerson: "Bizim Suriya Demokratik Qüvvələrinə təlim keçməyimiz, orada sərhəd qüvvələri qurduğumuz anlamına gəlmir"
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatları Suriyada yerli döyüşçülərə təlimi davam etdirir, amma bu, yeni ordu yaradıldığı mənasını vermir. Sputnik Azərbaycan "Haber7"-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson açıqlama verib.

"Bizim Suriya Demokratik Qüvvələrinə təlim keçməyimiz, orada sərhəd qüvvələri qurduğumuz anlamına gəlmir. İŞİD terror təşkilatının tam məhvi hələ ki, başa çatmayıb. Suriya Demokratik Qüvvələri terrorçulardan təmizlənən ərazilərdə vəziyyətin normallaşmasını təmin etməlidir. Suriyadakı proseslər barədə Türkiyəni məlumatlandırmağa davam ediləcək" — Tillerson bildirib.

"Ankaranın Suriya-Türkiyə sərhədindəki vəziyyətlə əlaqədar narahatlığını anlayırıq. Amerika terrorla mübarizədə NATO üzrə müttəfiqini daim dəstəkləyəcək" — dövlət katibi əlavə edib.