QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vəlizadə: “XİN rəhbərlərinin görüşü həlledici deyil”

Politoloq İlqar Vəlizadə deyir ki, hazırda mövcud olan təkliflər dayanmış danışıqlar prosesini bərpa etmək üçün irəli sürülüb
Sputnik

İlqar Vəlizadə: “Krakov görüşü həlledici olmayacaq”
Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşür.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, bu görüşdə tərəflər masada olan təkliflərə münasibətlərini bildirməlidirlər: 

“Son vaxtlar dayanmış danışıqlar prosesini bərpa etmək üçün Rusiya tərəfi və həmsədrlər təkliflər irəli sürmüşdü. Güman ki, münaqişə tərəfləri bu təklifləri bəyənib və Krakovda buna münasibətlərini bildirəcəklər”.