Kiyevdə vəziyyət gərginləşdi

Radikal millətçilər meydanda Rusiya bayrağını yandıraraq Kreml əleyhinə şüarlar səsləndiriblər
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Ukrayna paytaxtı Kiyevdə, Ali Radanın binası qarşısında böyük aksiya keçirilib. Sputnik Azərbaycan "Vesti"yə istinadən xəbər verir ki, etirazçılar Donbasın xüsusi statusuna dair layihənin qəbulu ilə bağlı hökumətə etiraz ediblər.

Radikal millətçilər meydanda Rusiya bayrağını yandıraraq Kreml əleyhinə şüarlar səsləndiriblər. Polislə mitinqçilər arasında toqquşma yaşanıb.

Polislə qarşıdurmanın parlament yaxınlığındakı Konstitusiya meydanında baş verdiyi deyilir.

Hüquq-mühafizə orqanları şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.