SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ın səfirliyinin Qüdsə köçürüləcəyi tarix məlum oldu

ABŞ-ın vitse-prezidenti Mayk Pens Təl-Əvivdəki səfirliyin köçürülməsinin bir neçə il çəkəcəyini söyləmişdi
Sputnik

BAKI, 17 yanvar — Sputnik. "ABŞ Təl-Əvivdəki səfirliyini il ərzində Qüdsə köçürəcək". Sputnik Azərbaycan "Haaretz"ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Hindistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlayıb.

Maraqlıdır ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens Təl-Əvivdəki səfirliyin köçürülməsinin bir neçə il çəkəcəyini söyləmişdi.

Xatırladaq ki, Ağ Ev rəhbəri Donald Tramp keçən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqları barədə qərar imzalamışdı. O, bu il yanvarın 16-da ölkəsinin fələstinli qaçqınlara etdiyi humanitar yardımın 65 milyon dollar azaldılması barədə sənədi də təsdiqləmişdi.