Arzu Nağıyev: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində açar fiqurdur”
“Azərbaycan tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.
Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, xarici işlər nazirlərinin yanvar ayında baş tutacaq görüşündə əldə olunacaq müsbət nəticələr, daha sonra prezidentlərin görüşü üçün yol aça bilər:
“Rusiya bu məsələlərdə açar fiqurdur. Azərbaycanın məqsədi münaqişəsinin suverenlik çərçivəsində, danışıqlar yolu ilə həll edilməsidir. İndiki zamanda mərhələli yolla münaqişəsinin həllinə çalışılması mühüm amildir”.