İQTİSADİYYAT

Milli valyutamız bahalaşdı

Sputnik

BAKI, 17 YANVAR — SPUTNIK. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7001 manat olub. Sputnik Azərbaycan xəbər verir ki, avronun məzənnəsi 0,15% azalaraq 2,0827 manat, Rusiya rublunun məzənnəsi isə 0,33% azalaraq 0,0301 manat təşkil edib.