MƏDƏNİYYƏT

Zirzəmidən tapdıqları rəsm əsəri onları milyonçu edə bilər

"Huşunu itirmiş xəstə" adlı bu əsər Landau ailəsinə ulu babalarından yadigar qalıb
Sputnik

BAKI, 17 yanvar — Sputnik. ABŞ-nın Nyu-Cersi ştatında Landau ailəsinin evin zirzəmisində tapdıqları əsər onları milyonçu edə bilər.

Sputnik Azərbaycan-ın Sözçü-yə istinadən verdiyi məlumata görə, əsər 800 dollar başlanğıc qiyməti ilə hərraca çıxarılıb. Əsərin məşhur holland rəssamı Rembrandta aid olduğu bilinəndən sonra qiyməti 4 milyon dollara qalxıb.

1624-cü ildə çəkilən "Huşunu itirmiş xəstə" adlı bu əsər Landau ailəsinə ulu babalarından yadigar qalıb.