BAKI, 17 yanvar — Sputnik. "Rusiya Prezidenti Vladimir Putinin səhhəti yerindədir və o özü yaşda olan çox insanlardan daha gümrahdır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bu haqda sualına cavabında deyib.
Prezidentin səhhəti ilə bağlı məsələyə toxunan Dmitri Peskov deyib ki, qanunvericilikdə ölkə başçısının sağlamlığı ilə bağlı icbari bəyanatların olması nəzərdə tutulmayıb.