Trampın oğlu danışdı: "İkinci elə bir insan görməmişəm"

Erik Tramp: "Atamın indiyədək hələ soyuqladığı da olmayıb"
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın oğlu Erik atasının son tibbi müayinələri haqda danışıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, oğul Tramp jurnalistlərə açıqlamasında atası kimi ikinci bir enerjili insan görmədiyini deyib.

"Birincisi, atamın indiyədək hələ soyuqladığını da görməmişəm. İkincisi, atamda olan enerji hər hansı bir gəncdə də yoxdur. İşində kimi desən, geridə qoyar" — Erik Tramp bildirib.

Prezidentin səhhətinə daim nəzarət edən həkimi Roni Cekson da eyni fikirləri bölüşüb: "Donald Tramp tamamilə sağlamdır. Bir az fiziki idman hərəkətlərinə başlaması və bir neçə kiloqram çəki atması yaxşı olardı".