BAKI, 17 yanvar — Sputnik. Prezident İlham Əliyev yanvarın 17-də "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) paytaxtın Xətai rayonunda yerləşən Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının, 220 saylı yarımstansiyasının, 110 kV-luq "Yasamal 1" yarımstansiyasının, 110 kV-luq "Qobu" yarımstansiyasının və 120 saylı yarımstansiyanın açılışında iştirak edib.
Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident rəmzi açılışı bildirən lenti kəsib. "Azərişıq" ASC-nin sədri Baba Rzayev prezident İlham Əliyevə inzibati bina və yarımstansiyalar haqqında məlumat verib.