Gənc model ayaqlarından oldu

Vasserin sağ ayağı və sol ayaq barmaqları amputasiya edilmişdi
Sputnik

BAKI, 17 yanvar — Sputnik. ABŞ-ın Los-Anceles şəhərində yaşayan keçmiş model Loren Vasserin ayaqları kəsilib. Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir ki, 2012-ci ildə ayağına şüşə tampon qoyulandan sonra modeldə toksik şok başlamış, gənc maniken koma vəziyyətinə düşmüşdü.

O zaman həkimlər çıxış yolunu təcili cərrahiyyə əməliyyatında və amputasiyada görmüşdülər. Vasserin sağ ayağı və sol ayaq barmaqları amputasiya edilmişdi.

Keçən həftə isə modelin sağ ayağı dizdən aşağı kəsilib.

Həkimlərin dediklərinə görə, sağ ayağında sümük deformasiyası başladığı üçün amputasiya yeganə çıxış yolu idi.

29 yaşlı Loren Vasser cərrahiyyə əməliyyatına girmədən əvvəl İnstagram hesabında, "Həyatım yenidən dəyişir. Yeni mərhələyə hazıram. Əhvalım da əladır!" yazıb.