Türkiyədə hərbi təyyarə qəzaya uğradı, 3 nəfər həlak oldu

Hadisə rayonuna çoxlu sayda hərbçi və xilasedici cəlb olunub
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Türkiyənin Isparta əyalətinin Yalvaç rayonunun Kırkbaş kəndi yaxınlığında hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Sputnik Azərbaycan bu barədə Milliyet-ə istinadən məlumat verir.

Isparta valisi Şehmus Günaydın hadisə nəticəsində 3 hərbçi həlak olduğunu bildirib.

Hadisə rayonuna çoxlu sayda hərbçi və xilasedici cəlb olunub. Vali Günaydın hava şərtləri baxımından hazırda hadisə yerinə qurudan yaxınlaşmağın qeyri-mümkün olduğunu deyib.