HADİSƏ

Zəlzələ zamanı hovuzda gərgin anlar yaşadılar

Təbiət hadisəsi insanları qorxudub
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Təbiət hadisələri gözlənilmədən baş verdiyindən insan hər an hansı hadisə ilə üzləşəcəyini bilmir. Sputnik Azərbaycan Twitter-ə istinadən belə bir olaydan xəbər verir.

Belə ki, iki gənc hovuzda üzən zaman ani baş vermiş zəlzələ hovuzun suyunu yerindən oynadır. Böyük dalğa əmələ gəlir və gənclər hovuzdan çıxmaq istəsələr də mümkün olmur.