BAKI, 16 yanvar — Sputnik. Yunanıstanda 4,3 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.
Yeraltı təkanların episentri paytaxt Afina şəhərindən 24 km şimal-qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.