CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın “xüsusi təyinatlı gözəli” müdafiə nazirinə kitab həsr edib

Azərbaycanlı hərbçi model müdafiə nazirinin bioqrafiyasından və hərbi həyatdan bəhs edən kitab çap etdirib
Sputnik

BAKI, 16 yanvar — Sputnik. "II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Tehranə Bəhruzinin "İdeal nazir – Zakir Həsənov" kitabı çapdan çıxıb.

Adından da göründüyü kimi, kitab Azərbaycanın müdafiə naziri Zakir Həsənova həsr olunub. Bəhruzi öz kitabı barədə Sputnik Azərbaycan-a ətraflı məlumat verib.

Zakir Həsənov orduya tapşırıq verib

Kitab bədii elementlərlə birlikdə avtobioqrafik xarakter daşıyır. Nazir haqqında kitab yazmaq ideyası Bəhruzinin ağlına, hələ Azərbaycanın daxili qoşunlarının tərkibindəki "Şimşək" xüsusi təyinatlı qadın qrupunda xidmət edərkən gəlib. Bu layihənin həyata keçməsində hərbçiyə hazırda Moskvada yaşayan və jurnalist işləyən rəfiqəsi Nabat kömək edib. Nəşrin ədəbi redaktoru isə Aneliya Orduxanovadır.

Kitab öz həyatını qətiyyətlə və geri dönüşü olmadan hərbi xidmətə həsr etmiş vətənpərvər qızdan bəhs edir.

"Hər bir insan öz yoluna başlayanda yetkin həyatında onun keşməkeşli yolunu aydınladacaq yolgöstərən ulduzu düşünür. Mənim üçün bu adam Zakir Həsənov olub. Məhz o, Azərbaycanın daxili qoşunlarında mənim xidmət etdiyim xüsusi təyinatlı qadın qrupunu yaradıb və mən hazırda öz həyatımı hərbi xidmət olmadan təsəvvür edə bilmirəm" – deyə Bəhruzi bildirib.

"II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Tehranə Bəhruzi

Onun sözlərinə görə, Həsənov əsgərləri xüsusi enerjiyə yönəltmək, onlara motivasiya vermək, orduda hərbi ruhu gücləndirmək və dəstəkləmək istedadına malikdir. O, qeyd edib ki, hərbi xidmətdə olduğu vaxt nazirin müvəffəqiyyəti, fədakarlığı və öz ölkəsinin bu qədər qızğın vətənpərvəri olması barədə çox şey öyrənib. Bəhruzi Azərbaycan qadınlarına orduda xidmət etmək imkanı yaratdığına görə, Həsənova minnətdardır.

"Bu kitab təkcə nazir haqqında deyil, həm də hərbi xidmət haqqındadır. Mən xidmət zamanı başa düşdüm ki, bizim harada işləməyimiz və yaşamağımız vacib deyil, vacib olan heç nəyə baxmayaraq öz vətənini sevməkdir" – deyə Bəhrizi bildirib.

Hərbçi gözəl qeyd edib ki, gələcəkdə nə baş verəcəyi önəmli deyil, önəmli olan odur ki, o, Zakir Həsənovun sadiq əsgəri olub və olacaq.

"İdeal nazir – Zakir Həsənov" kitabı

Bəhruzi etiraf edib ki, kitab üzərində işləyərkən heç kəsə bu barədə məlumat verməyib. İstəyib ki, onu nazirin ad gününə sürpriz eləsin. Kitab üzərində xeyli işləmək lazım gəldiyi üçün hərbçi onu lazımi vaxtda çatdırmayıb.

Zakir Həsənov Belarusun silah-sursatı ilə tanış olub

Kitab işıq üzü görəndən sonra Bəhruzi onu Həsənova hədiyyə edib.

Kitabın nəşri ilə əlaqədar olaraq Tehranə Bəhruzi fotosessiya da edib. Bunun üçün o, çəkiliş yeri kimi "Xəzər" universitetinin informasiya mərkəzini seçib. Onun obrazı üzərində vizajist Bəyaz işləyib, şəkilləri isə Nikon fotoart studiyasının fotoqrafları çəkib.

Zakir Həsənov 1985-ci ilə qədər Almaniyada sovet qoşunlarında xidmət edib. Altı il ərzində Sibir hərbi dairəsinin Altay komissarlığında işləyib. 1993-cü ildən 2003-cü ilə qədər Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib. Sonra Azərbaycan Dövlət Sərhəd Xidmətinin Beynəlxalq münasibətlər İdarəsinin rəisi təyin edilib. Daha sonra daxili işlər nazirinin müavini, daxili qoşunların komandanı olub. 2013-cü ildən AR-nın müdafiə naziridir.