Ruslar SSRİ bayrağına qayıda bilərlər

Olimpiadada Rusiya simvollarına qadağa qoyulmasına çıxış yolu tapılıb
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Rusiya idmançılarının 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarına keçmiş SSRİ-nin bayrağı və himni ilə yollanmaları təklif olunub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu sosial şəbəkədə fanat ordusu təklif edib. Onlar olimpiadada Rusiya simvollarına qadağa qoyulmasına çıxış yolu tapıblar. Təklifdə qeyd edilib ki, Rusiyanın hazırkı himninin musiqisinin keçmiş SSRİ-nin himni ilə üst-üstə düşməsi, ölkənin isə SSRİ-nin varisi olması belə bir təklif üçün əsas verir.

Təklifə Beynəlxalq Olimpiya Komitəsində baxılacaq.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında Rusiya öz bayrağı və himni ilə çıxış edə bilməz. Dopinqdən təmiz çıxan rusiyalı idmançılar Beynəlxalq Olimpiya Komitəsinin bayrağı ilə çıxa bilərlər.