CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 10 min sözdən imtina edilir

2004-cü ildə çap olunan lüğətə 8000-ə yaxın, 2013-cü ildə çap olunan lüğətə isə 110 563 söz daxil edilib
Sputnik

BAKI, 16 yanvar — Sputnik. "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var".

Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: "Məsələn, orfoqrafiya lüğətinin son nəşrində "qarğamaq" və "qarğımaq" sözləri yazılıb. Düzgün variant təbii ki, "qarğımaq"dır".

M.Nağısoylu qeyd edib ki,  2004-cü ildə çap olunan lüğətə 8000-ə yaxın, 2013-cü ildə çap olunan lüğətə isə 110 563 söz daxil edilib.