BAKI, 16 yanvar — Sputnik. Moskvadakı Yeliseyev döngəsində yerləşən parka məşhur azərbaycanlı müğənni və bəstəkar, Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adı verilib.
Sputnik Azərbaycan bu barədə "Vesti Kavkaza" istinadən xəbər verir.
Qərar Moskva şəhər meri Sergey Sobyanin tərəfindən qəbul olunub.
Park Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında yerləşir.
Qeyd edək ki, 2017-ci ildə isə parkın yaxınlığında, əfsanəvi müğənninin yaşadığı evdə onun şərəfinə xatirə lövhəsi də açılıb.