RUSİYA

Rusiyada tanınmış siyasətçi vəfat edib

Anpilov özünə gəlmədən vəfat edib
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Rusiyada 72 yaşında tanınmış siyasi xadim, "Əməkçi Rusiya" hərəkatının İcraiyyə komitəsinin sədri Viktor Anpilov vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, ölümün səbəbi insultdur. Anpilov özünə gəlmədən vəfat edib.

Anpilov Rusiya parlamentinin keçmiş deputatı olub. 1993-cü ildə prezident Boris Yeltsinə qarşı təşkil olunan qiyamda fəal iştirakına görə həbs olunub. 

Son dövrlərdə RLDP sədri Vladimir Jirinovskiyə yaxınlığı ilə seçilib.