HADİSƏ

Bakıya yas mərasiminə gəlirdilər ki, olmayacaq hadisə oldu...

Baş vermiş qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Bu gün səhər saatlarında Lerikdə avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, hadisə Lerik rayonunun Hamarmeşə kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Nodar kənd sakini Teymur Zərbiyev idarə etdiyi "Hyundai Tucson" markalı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxulayıb və nəticədə avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Baş vermiş qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

1 / 3
Lənkəran Rayon Mərkəzi Xəstəxanası
2 / 3
Lənkəran Rayon Mərkəzi Xəstəxanası
3 / 3
“Hyundai Tucson” markalı avtomobil dərəyə aşıb

Xəsarət alanlar Lerik rayon sakinləri, 1953-cü il təvəllüdlü Norxan Zərbiyev və onun oğlu, eyni zamanda sürücü olan 1977-ci il təvəllüdlü Teymur Zərbiyev, 1959-cu il təvəllüdlü Aygün Kişiyeva, 1986-cı il təvəllüdlü Adoğlan Əliyev və 1977-ci il təvəllüdlü Şəhla Zərbiyevadır.

Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti kafidir.

Əldə etdiyimiz məlumata görə, qəzaya uğrayan şəxslər Bakı şəhərinə yas mərasiminə gedirmişlər.