SƏHİYYƏ

Üz cizginizə görə xarakterinizi öyrənin

Yumru üz forması - bu simaya malik insanlar çox mehriban və səxavətli olurlar
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Amerikalı araşdırmaçı Cin Haner "The Wisdom Of Your Face" ("Üzünüzün cizgiləri") adlı kitabında insanların üz şəklinə görə xarakterlərini açıqlayıb.

Sputnik Azərbaycanaxşam.az-a istinadən həmin məlumatları sizin nəzərinizə çatdırır:

Düzbucaq üz tipi — məntiqli insanlardı, hissələrini gizlətməyi sevirlər.

Ürək formalı üz tipi — ətrafda baş verən hadisələrə xüsusi yanaşma tərzi var.

Paxlava şəkilli üz tipi — tərs və bol enerjili olmaqla yanaşı, güclüdürlər.

Oval üz tipi — Olivia Munn, Beyons və Cessika Alba kimi məşhurlar bu üz formasına malikdirlər. Onlar adətən qonaqpərvər və sakit insanlardır. Eyni zamanda insanların onlar haqda nə düşündükləri ilə də maraqlanırlar.

Yumru üz forması — bu simaya malik insanlar çox mehriban və səxavətli olurlar.