HADİSƏ

Şirvan sakini polisə yaxalanmamaq üçün başqa bir cinayətə əl atıb

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan sakini polis tərəfindən yaxalanarkən öz qarnına bıçaq soxub
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Şirvan şəhər sakini polis tərəfindən saxlanılarkən özünü öldürmək istəyib. Bu barədə Sputnik Azərbaycan-a Şirvanın hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şirvan sakini, 1973-cü il təvəllüdlü Aslanov Məzahir Əlimirzə oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. Bununla əlaqədar Şirvan Rayon Polis İdarəsinin əməkaşları onu nəzarət altına alıblar.

Saxlanılan vaxt Aslanov polisin onu sağ ikən tutmasına mane olmağa çalışıb. Bu məqsədlə öz qarnına bıçaq soxub. Lakin asayiş keşikçiləri onu vaxtında xəstəxanaya çatdıra biliblər. Hazırda faktla bağlı araşdırma aparılır.