İtinə görə həyatını qurban verdi

Sahibi itinin həyatını xilas etdi
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Avstraliyada Sidney şəhərinin şimalında yerləşən Tamsort bölgəsində 24 yaşlı bir nəfər itini ilandan qorumaq istəyərkən həyatını itirib.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, itinin bağçada hürdüyünü eşidən yiyəsi həyətə çıxıb. Bu zaman böyük bir ilanın itinə sarılıb onu boğduğunu görüb. İtini ilandan qurtarmağa çalışan zaman ilan onun barmağından sancıb.

Zəhərlənən şəxsə edilən tibbi yardıma baxmayaraq, o, hadisədən bir saat sonra ölüb.