RUSİYA

Rusiyadan Suriyada ordu yaradan ABŞ-a reaksiya verilib

Rusiya xarici işlər naziri Türkiyənin İdlibdə müşahidə məntəqələri yaratma prosesini sürətləndirəcəyinə ümid etdiyini deyib
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Rusiyadan Suriyada ordu yaradan ABŞ-a reaksiya verilib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın Suriyada ordu qurmaq səyləri ölkənin ərazi bütövlüyünə zərər verə bilər.

Rusiyalı nazir ABŞ-dan bu barədə ətraflı açıqlama gözlədiklərinin söyləyib.

Lavrov gərginliyi azaltma bölgəsi çərçivəsində Türkiyənin Suriyanın İdlib şəhərində müşahidə məntəqələri yaratmağı tez bir zamanda başa çatdıracağına ümid etdiklərini də qeyd edib: "İndiyədək güman edirəm, 3 müşahidə məntəqəsi təşkil ediblər. Amma bunun ümumi sayı isə 20 olmalıdır. Bizə bu işi sürətləndirəcəklərinə dair qarantiya veriblər. Bunun İdlibdəki vəziyyətin düzəlməsinə kömək edəcəyinə ümid edirəm".