BAKI, 15 yanvar — Sputnik. Rusiyanın Perm şəhərindəki 127 saylı məktəbdə dəhşətli hadisə yaşanıb. Sputnik AzərbaycanNTV-yə istinadən xəbər verir ki, məktəbə daxil olan 2 nəfər maskalı şəxs 5 şagird və 1 müəllimi ağır yaralayıb.
Məlumatı Perm Şəhər Prokurorluğu yayıb. Şahidlərin dediyinə görə, maskalı şəxslər öncə şagirdlərdən bəzilərini əsir almaq istəyiblər. Bu cəhd mümkün olmadıqda onları bıçaqlayıblar.
Hadisənin təfərrüatları barədə hələlik ətraflı məlumat verilmir.