İlham Əliyev: "Bu xəbər məni olduqca kədərləndirdi"

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizə məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"