İQTİSADİYYAT

Yeni iş həftəsinin ilk rəsmi məzənnəsi

Mərkəzi Bank rəsmi məzənnələri açıqlayıb
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Yanvar ayının 15-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi yanvarın 12-si ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0761 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0300 manata düşüb.

Yanvarın 12-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0492 manata, 1 rubl 0,0301 manata bərabər idi.