BAKI, 15 yanvar — Sputnik. İraqın paytaxtı Bağdadda bu səhər baş verən terror aktları nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb. Sputnik Azərbaycan İraq mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 26 nəfər də xəsarət alıb.
Terror aktları ard-arda iki dəfə törədilib. İraqın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib. Polis və ordu bölgədə geniş əməliyyata başlayıb.